Pediatriya

Pediatriya bölməsi müasir avadanlıqlar və regionun ən peşəkar həkimləri ilə övladlarınızın tam sağlamlığını təmin edir. Pediatriya bölməsi 7/24 balaca pasiyentlərimizin xidmətindədir.

Pediatr uşağın fiziki və psixoloji inkişafını qiymətləndirir. Həmçinin, həkim tərbiyə və qidalanma ilə bağlı tövsiyələr verir, uşaqlarda xroniki xəstəliklərin qarşısının alınması üçün müalicələr tətbiq edir.

  • Yüksək temperatur
  • Həzm pozuntuları
  • Gözlərin qızarması
  • Hər hansı orqanlarda ağrı
  • Öskürək və burunun axması
product Image

Yuxardakı hallarla qarşılaşsanız mütləq mütəxəssisə müraciət etmək vacibdir. Vaxtında görülən tədbir sizi və körpənizi xoşa gəlməz hallardan qoruyacaq.

product Image

Hospitalımızda həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərinin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.