Oftalmologiya

Hospitalımız oftalmoloji tibbi xidmətlərin göstərilməsi üçün müasir tibbin tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bu avadanlıqlar vasitəsi ilə keratometriya, avtorefraktrometriya, ultrasonoqrafiya, pnevmotonometriya, angioqrafiya, kompyüter perimetriya kimi diaqnostik müayinələr aparılır.

Təcrübəli oftalmoloqlar tərəfindən göz xəstəliklərinə dəqiq diaqnoz qoyularaq müasir konservativ və cərrahi müalicə taktikası seçilir və həyata keçirilir.

Xəstəxanamızda iridosiklit və uveitlər, qlaukoma, katarakta, retinapatiyalar, refraksiya pozğunluğu, göz dibi xəstəlikləri, konyuktivanın infeksion xəstəlikləri, buynuz qışa xoraları, konyuktiva və buynuz qışanın yad cismi, quru göz sindromu və s. kimi xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.​​​​​​​

Oftalmoloji bölümdə müalicə edilən xəstəliklər:

  • İridosiklit və uveitlər
  • Qlaukoma
  • Katarakta
  • Refraksiya pozğunluğu
  • Göz dibi xəstəlikləri
  • Konyuktivanın infeksion xəstəlikləri
  • Buynuz qısa xoraları
  • Konyuktiva və buynuz qısanın yad cismi
  • Göz təzyiqinin ölçülməsi
  • Quru göz sindromu
  • Yaş kanalının yuyulması və müayinəsi

Oftalmoloji bölümdə həyata keçirilən əməliyyatlar:

  • Qapaq və xalazion əməliyyatı
  • Qapaqda absesin drenajı
  • Qapaq kəsiyinin tikilməsi
  • Qapaq kisti əməliyyatı
  • Pteriqium əməliyyatı
  • Göz yaşı axarlarının aktivləşdirilməsi
  • Konyuktiva kornea kəsiyinin tikilməsi
  • Fako-iol