Laboratoriya

Laboratriya bölməsi dünya ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyamızda bütün növ kliniki analizlər yoxlanılır. Laborator mütəxəssislərimiz bütün testlərə dəqiqlik və yüksək həssaslıqla yanaşır, ən düzgün nəticə üçün diqqətlə yoxlama aparırlar.

product Image

Kliniki və biokimyəvi analizlər xəstənin sağlamlığı haqqında həkim üçün çox vacib məlumatlar daşıyır. Tibbi laboratoriyalar insan sağlamlığı sahəsində müxtəlif tədqiqatların aparılması üçün nəzərdə tutulub. Xəstənin analizləri əsasında həkim problemi aşkar edir və lazımi müalicə planını qurur.

product Image

HTC Cliniva Hospitalın laboratoriyasında tədqiqatların etibarlı və keyfiyyətli nəticələrinin alınması üçün müasir reaktivlərdən istifadə edilir. Aparıcı dünya istehsalçılarının avadanlığı analizlərin maksimal dəqiq və tez alınmasını təmin edir.