Kardiologiya

Kardiologiya – kliniki təbabətin ürək-damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir.

Ölümün əsas səbəbkarlarından biri ürək-damar xəstəlikləridir. Kardioloqlar deyirlər ki, nə infarkt, nə də insult birdən-birə baş vermir, hadisənin baş verdiyi andan 10-30 il əvvəl problemlər yaranır. Və bu problem ən başından yaxalansa, xəstənin dərmanlardan istifadə etməklə və ya sadəcə həyat tərzini dəyişdirməklə və pəhrizə riayət etməklə bundan qaçmaq şansı çoxdur.

product Image

Kardiologiya elmi müxtəlif yaş dövrlərində insanlarda sonradan meydana gələn və anadangəlmə ürək qüsurlarının müalicəsi ilə məşğul olur. Peşəkar kardioloqlar tərəfindən ürək-damar xəstəliklərinin müayinə və müalicəsi müasir avadanlıqlardan istifadə edilməklə beynəlxalq klinik protokollara uyğun həyata keçirilir.

product Image

Kardioloqlarımızın hər biri illərlə təcrübəsi olan peşəkar mütəxəssislərdir.