Ginekologiya

Mama-Ginekologiya bölməsində yüksək ixtisaslı mütəxəssislərimiz Sizin xidmətinizdədir.

Ginekologiya bölməmizdə funksional (USM, endoskopik, rentgen müayinələr), laborator (bakterioloji, immunoloji, hormonal müayinələr), geniş diaqnostik müayinə və müalicələr tətbiq olunur. Şöbədə yüksək riskli hamiləliklərin təqibi, prenatal diaqnostika, izləmə, məsləhət və müalicə xidmətləri göstərilir.

product Image

Ginekoloji xəstəliklərin müayinə və müalicəsi ilə yanaşı, hamiləlik önü, hamiləlik vaxtı müşahidələr, müayinələr, doğuş və doğumsonrası təqiblər də edilir. Müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilmiş palatalarda, sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Əməliyyat olunası xəstələr stasionar şöbəsində əməliyyata hazırlanır. Əməliyyatdan sonra isə yenidən şöbəmizdə yerləşdirilərək müvafiq tibbi xidmət göstərilir.

product Image

Bir qadının orqanizmində sağlamlığa təsir edən müxtəlif proseslər baş verə bilər. Belə hallar baş verdikdə ginekoloqa vaxtında baş çəkmək problemlərin vaxtında həllinə kömək edəcək.